BMT: Azərbaycanda din-dövlət münasibətləri dünya ölkələri üçün örnək ola bilər

BMT-nin Nyu Yorkdakı mənzil-qərargahında dünyada tolerantlığa həsr edilmiş “Dünyada dinlərarası harmoniya: Sülh və inkişaf üçün zərurət ” mövzusunda konfrans keçirilib…

BMT-nin Nyu Yorkdakı mənzil-qərargahında dünyada tolerantlığa həsr edilmiş “Dünyada dinlərarası harmoniya: Sülh və inkişaf üçün zərurət ” mövzusunda konfrans keçirilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, BMT tərəfindən hər il qeyd edilən Ümumdünya Dinlərarası Harmoniya Həftəsi çərçivəsində keçirilən bu konfransda dünyada dinlərarası tolerantlıq sahəsində model dövlətlərdən biri olan Azərbaycanın da mədəniyyətlərarası dialoqun və dini tolerantlığın güclənməsinə yönəlmiş töhfələri xüsusilə qeyd olunub.

BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulazizi Əl-Nasser konfransda çıxışı zamanı deyib ki, Azərbaycan hökuməti tərəfindən yerli və beynəlxalq səviyyələrdə dini tolerantlığın və dialoqun təşviq edilməsinə yönəlmiş tədbirlər regionun və dünyanın bir çox ölkələri üçün örnək ola bilər. Bu istiqamətdə Azərbaycanla əlaəqələrə toxunan Əl-Nassir bildirib: “Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə BMT-nin Sivilizasiyalar Alyansı arasında sıx tərəfdaşlıq münasibətləri formalaşıb. DQİDK tərəfindən yaradılmış Milli Tolerantlıq Mərkəzi Azərbaycandakı müsəlman, pravoslav, katolik, xristian, yəhudi və protestant dini icmalarının nümayəndələri, həmçinin dini liderlər arasında birbaşa dialoqun təşviqi və dinlərarası tolerantlıq üzrə təlim və seminarların keçirilməsi üçün nəzərdə tutulub. BMT-nin Sivilizasiyalar Alyansının nümayəndələri tezliklə Mərkəzi ziyarət etməyi planlaşdırırlar “.

/Trend/