ABŞ səfirliyi: Bu xəbər cəfəngiyatdır

“Konqresin nümayəndə heyəti müntəzəm olaraq Azərbaycana səfərlər edirlər”…

“Konqresin nümayəndə heyəti müntəzəm olaraq Azərbaycana səfərlər edirlər”.

 

ABŞ Senatı əməkdaşlarının Azərbaycana kəşfiyyat məqsədilə səfər etmələri barədə son zamanlar mediada yayılan iddia xarakterli xəbərlər cəfəngiyatdır.

 

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin bəyanatında deyilir.

 

Bəyanatda bildirilir ki, ABŞ Konqresinin nümayəndə heyəti səfirliyin işçiləri, Azərbaycan rəsmiləri və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşmək üçün müntəzəm olaraq Azərbaycana səfərlər edirlər:

 

“Konqres nümayəndələri ABŞ-ın qanunvericilik orqanına Azərbaycan və regiona dair daha ətraflı məlumat vermək məqsədilə səfərlər edirlər”.

 

/oxu.az/