“Azərbaycan tərəfi Xocalıda baş verənləri soyqırımı aktı kimi dünyaya bəyan edib və indi bizim apardığımız ideoloji-siyasi mübarizədə qarşımızda duran vəzifələrdən biri həmin hadisənin dünya miqyasında soyqırımı aktı kimi tanıtmaq, eyni zamanda bu faciənin törədilməsində günahkar olanların “insanlıq əleyhinə cinayət törətdilməsi ” müddəası ilə cəzalandırılmasına nail olmaqdır”…
“Azərbaycan tərəfi Xocalıda baş verənləri soyqırımı aktı kimi dünyaya bəyan edib və indi bizim apardığımız ideoloji-siyasi mübarizədə qarşımızda duran vəzifələrdən biri həmin hadisənin dünya miqyasında soyqırımı aktı kimi tanıtmaq, eyni zamanda bu faciənin törədilməsində günahkar olanların “insanlıq əleyhinə cinayət törətdilməsi ” müddəası ilə cəzalandırılmasına nail olmaqdır”. SİA-nın məlumatına görə, bu sözləri Yeni Azərbaycan Partiyasının icra katibin müavini Mübariz Qurbanlı deyib.
Millət vəkilinin sözlərinə görə, tarixə qısa da olsa nəzər salsaq, ermənilər bu faciəyə qədər ölkəmizə qarşı çox böyük faciələr törədiblər: “Ermənilər Xocalı faciəsinə qədər də çox böyük faciələr törədiblər. Tarixə qısaca ekskursiya etsək görərik ki, 1905-1907, 1918-ci illərdə ermənilər azərbaycanlılara qarşı çox böyük qətliamlar, faciələr törədiblər. Ancaq çox təəssüf ki, sovet dövründə bizim tariximizi özümüzə yaxşı tədris etməyib, faktları gizlədib, erməniçilik ideologiyasını təbliğ ediblər. Ona görə də biz tarixdə başımıza gələnləri, bizim həqiqi tariximizi heç zaman unutmamalıyıq. Tarixdən ibrət dərsi almağı bacarmalıyıq. Tarixdən alacağımız ən böyük ibrət dərsi odur ki, biz heç zaman xəyanətkar düşmənin hiyləsinə uymamalı, onun şirin dilinə aldanmamalıyıq. Bəzən görürsən ki, Azərbaycanda elə adamlar meydana çıxır ki, onlar torpaqlar qaytarılmadan ermənilərlə hansısa siyasi-iqtisadi əlaqələrin yaradılmasına çağırışlar edirlər. Onlar anlamırlar ki, hiyləgər, öz məqsədlərinə naminə hər şeydən keçən bir düşmənlə üz-üzədirlər”.
M.Qurbanlı deyib ki, Xocalı faciəsinin məram və məqsədləri Azərbaycanın gözünü qorxutmaq, dinc əhalini müharibə dövründə ərazidə qalmasının qarşısını almaqdan ibarətdir: “Dünyada çoxsaylı müharibələr olub. Heç bir müharibədə dinc əhalini ərazidən çıxarılmayıb. Lakin ermənilər işğal olunmuş torpaqlarda etnik təmizlənmə əməliyyatı həyata keçirdirlər. Onlar səhra əməliyyatı həyata keçirərək həm fiziki, həm də maddi təmizlənmə həyata keçirdilər. Ermənilər mülkləri viran etmək, dağıtmaqla yanaşı dinc əhalini də həmin ərazilərdən kütləvi şəkildə çıxarıblar”.
Millət vəkili qeyd edib ki, belə bir düşmənlə üz-üzə olduğumuz vaxtda “Xocalıya ədalət” kampaniyası çox vacib bir kampaniyadır: “Bu, ölkə başçısının hücum diplomatiyasının tərkib hissəsidir. Biz düşmənlə mübarizədə bütün vasitələrdən istifadə etməliyik. Ümumiyyətlə, hazırda biz Ermənistanla müharibə vəziyyətindəyik və bu müharibə bütün sahələrdədir. Biz Ermənistanla iqtisadiyyat, mənəvi-psixoloji, ideoloji cəbhədə, beynəlxalq diplomatiyada, mədəniyyət, idman, incəsənət və digər sahələrdə də üz-üzəyik. Bizim hər hansı bir sahədə əldə etdiyimiz uğur düşmən üzərində qələbə deməkdir. Hətta idman yarışlarında bizim qalib gəlməyimiz Ermənistanda çox böyük məyusluq yaradır. Ermənilərin diplomatik cəbhədə bizimlə üz-üzə dayanması mümkünsüzdür. Ona görə də erməni rəhbərləri danışıqlar zamanı ölkə başçısının irəli sürdüyü tezislərə cavab verə bilməyəndə müxtəlif vasitələrlə danışıqlardan qaçırlar. Hiyləgərlər işğal etdirdikləri ərazini ayrıca bir qurum kimi tanıtmağa çalışırlar. Lakin onlar buna nail ola bilmir və bundan sonra da nail ola bilməyəcəklər”.
/Sia/