Azərbaycan, Gürcüstan və Türkiyə XİN rəhbərlərinin görüşünün proqramı açıqlanıb

Azərbaycan, Gürcüstan və Türkiyənin xarici işlər nazirləri Elmar Məmmədyarov, Maya Pancikidze və Əhməd Davudoğlu çərşənbə günü XİN rəhbərlərinin üçtərəfli görüşündə iştirak etmək üçün Gəncəyə gəliblər…

Azərbaycan, Gürcüstan və Türkiyənin xarici işlər nazirləri Elmar Məmmədyarov, Maya Pancikidze və Əhməd Davudoğlu çərşənbə günü XİN rəhbərlərinin üçtərəfli görüşündə iştirak etmək üçün Gəncəyə gəliblər.

Trend-in məlumatına görə, iclasa qədər Azərbaycan-Türkiyə, Azərbaycan-Gürcüstan və Türkiyə-Gürcüstan formatında ikitərəfli görüşlər keçiriləcək.

Yerli vaxtla saat 11:00-da Gəncə şəhər İcra Hakimiyyətində ikitərəfli görüş baş tutacaq. Daha sonra nazirlər məhdud formatda üçtərəfli görüşlər keçirəcəklər.

Nazirlər iclasın yekunlarına dair mətbuat konfransı keçirəcəklər.

Nazirlərin Gəncədə Gürcüstanın Baş konsulluğunun açılışı mərasimində iştirakı da gözlənilir.

/Trend/