Dondurulmuş münaqişələr Qafqazda sülhə maneədir…
Dondurulmuş münaqişələr Qafqazda sülhə maneədir. Trend-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Gəncədə Azərbaycan, Gürcüstan və Türkiyə XİN rəhbərlərinin üçtərəfli görüşünün yekunları üzrə keçirilmiş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bütün tərəflər dondurulmuş münaqişələri həll etmək üçün əllərindən gələni etməlidirlər.
Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsinə gəlincə, Ə.Davudoğlu deyib ki, münaqişə nizamlanmayanadək və Azərbaycanın ərazi bütövlüyü bərpa edilməyənədək bu baş verməyəcək.
/Trend/