Əfqanıstan döyüşlərində iştirak etmiş 200-ə yaxın Azərbaycan veteranı medalla təltif edilib

Milli Təhlükəsizlik Nazirliyinin Mədəniyyət Mərkəzində Sovet Qoşunlarının Əfqanıstandan çıxarılmasının 25-ci ildönümü münasibətilə “Azərbaycan Əfqanıstan veteranları Ali Baş Komandanın hər bir əmrinə hər an hazırdır! ” devizi altında təntənəli mərasim keçirilir…

Milli Təhlükəsizlik Nazirliyinin Mədəniyyət Mərkəzində Sovet Qoşunlarının Əfqanıstandan çıxarılmasının 25-ci ildönümü münasibətilə “Azərbaycan Əfqanıstan veteranları Ali Baş Komandanın hər bir əmrinə hər an hazırdır! ” devizi altında təntənəli mərasim keçirilir.

 

Trend xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə MDB hökumət başçıları Şurası yanında Beynəlmiləl hərbçilərin işi üzrə Komitənin Əlaqələndirmə Şurasının sədri Ruslan Auşev, Prezident Adminstrasiyasının, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin nümayəndələri, millət vəkilləri və başqaları iştirak edirlər.

 

Tədbirdən öncə təltifetmə mərasimi keçirilib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov və MDB hökumət başçıları Şurası yanında Beynəlmiləl hərbçilərin işi üzrə Komitənin Əlaqələndirmə Şurasının sədri Ruslan Auşev təltif edilən 200-ə yaxın veterana “Əfqanıstanda döyüş əməliyyatlarının bitməsinin 25 illik xatirəsinə ” yubiley medalını təqdim ediblər.

Təltif olunanlar arasında incəsənət xadimləri də var.

 

Qeyd edək ki, hazırda Azərbaycanda təxminən 10 min beynəlmiləlçi hərbçi var.

/Trend/