Azərbaycan səfiri öz etimadnaməsini Mozambik Prezidentinə təqdim edib

Fevralın 19-da Azərbaycan Respublikasının iqamətgahı Cənubi Afrika Respublikasının Pretoriya şəhərində yerləşən səfiri Elxan Poluxov öz etimadnaməsini Mozambik Respublikasının Prezidenti Armando Emilio Quebuzaya təqdim edib…

Fevralın 19-da Azərbaycan Respublikasının iqamətgahı Cənubi Afrika Respublikasının Pretoriya şəhərində yerləşən səfiri Elxan Poluxov öz etimadnaməsini Mozambik Respublikasının Prezidenti Armando Emilio Quebuzaya təqdim edib.

Trend-in Azərbaycanın CAR-dakı səfirliyinə istinadən verdiyi məlumata görə, etimadnamələrin təqdim edilməsi mərasimində səfir E.Poluxov Prezident Armando Emilio Quebuzaya Azərbaycanın Mozambikdə ilk səfiri olmasından məmnun olduğunu bildirib və fəaliyyəti dövründə iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsinə dair bütün imkanlardan istifadə edəcəyini söyləyib.

Daha sonra səfir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səmimi salamlarını və Prezident Armando Emilio Quebuzanı Azərbaycana səfər etməyə dəvətini həmsöhbətinə çatdırıb.

Ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra regionun lider dövlətinə çevrilməsini və bunun ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu siyasət və onun davamçısı olan Prezident İlham Əliyevin addığı addımlar nəticəsində mümkün olduğu vurğulanıb.

Azərbaycanın müxtəlif sahələrdə təcrübəsini Mozambiklə bölüşməyə hər zaman hazır olduğunu bildirən səfir bu prosesin qarşılıqlı olmasının tələb olduğunu söyləyib.

Öz növbəsində Prezident Armando Emilio Quebuzaya bir daha Prezident İlham Əliyevə öz səmimi salamlarını çatdırmağı xahiş edib.

/Trend/