Qafqaz arxeologiyasında ilk dəfə olaraq Azərbaycanda yeni texnoloji vasitələrlə qeydiyyata alınmış abidələrin elektron xəritəsi yaradılıb…
Qafqaz arxeologiyasında ilk dəfə olaraq Azərbaycanda yeni texnoloji vasitələrlə qeydiyyata alınmış abidələrin elektron xəritəsi yaradılıb.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, bunu Akademiyanın Humanitar və İctimai Elmlər Bölməsinin akademik katibi Kamal Abdulla Rəyasət Heyətinin iclasında çıxışı zamanı deyib.
O bildirib ki, ötən il dəqiq, sosial və humanitar elmlər arasında əlaqələrin yaradılması istiqamətində işlər aparılıb, yeyinti məhsullarının təhlükəsizliyi, qeyri-neft sənayesi, regionların tarazlı inkişafı, erməni terrorizmi və digər məsələlər tədqiq edilib.
AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev bildirib ki, institut və elmi müəssisələrdə Naxçıvanın tarixi, mədəniyyəti və təbii sərvətlərinin əhatəli şəkildə tədqiqi davam etdirilib. Bununla yanaşı, bölmənin elektron kitabxanası istifadəyə verilib.
İclasda o da bildirilib ki, regional qurumlar tərəfindən ölkə ərazisində yetişdirilən mədəni və yabanı dərman bitkilərinə dəyən ziyanın azaldılması, genefond bağının zənginləşdirilməsi və qorunaraq gələcək nəslə çatdırılması istiqamətində araşdırmalar davam etdirilir.
/Trend/