“Tarixi faktdır ki, 1992-ci ilin fevralında ermənilər Xocalı şəhərinin əhalisinə misli görünməyən divan tutdu”…
“Tarixi faktdır ki, 1992-ci ilin fevralında ermənilər Xocalı şəhərinin əhalisinə misli görünməyən divan tutdu”. Bu fikirləri SİA-ya Şamaxı rayon icra qrupunun icra məmuru, ədliyyə müşaviri, Xocalı polis şöbəsinin keçmiş rəis müavini Hafiz Ədilov Xocalı soyqırımı ilə bağlı fikirlərini söyləyərkən deyib.
H.Ədilov qeyd edib ki, tariximizə Xocalı soyqırımı kimi həkk olunan bu qanlı faciə minlərlə azərbaycanlının məhv edilməsi, əsir alınması, şəhərin yerlə yeksan edilməsi ilə sona yetdi: “Millətçi-separatçı ermənilərin Dağlıq Qarabağda başladığı avantürist hərəkatın nəticəsi olaraq bu gün bir milyondan artıq soydaşımız erməni qəsbkarları tərəfindən öz doğma yurd-yuvalarından didərgin salınıb. Ərazimizin 20 faizinin erməni silahlı qüvvələri tərəfindən işğalı zamanı minlərlə vətəndaşımız şəhid olub, yüzlərlə insan xəsarət alıb. Azərbaycanın əsas ərazisi ilə əlaqəsi kəsilən, 50-60 ədəd avtomat silah və ov tüfəngi ilə silahlanan özünümüdafiə dəstəsi olan Xocalı şəhəri ətrafında ən müasir texnika ilə təpədən dırnağa qədər silahlanmış ermənilər şəhərin mühasirə halqasını günü gündən daha da sıxmışdı. Bunlara isə cavab verəcək hərbi texnikamız yox idi”.
Onun sözlərinə görə, dövlət başçımız Cənab İlham Əliyevin rəhbərliyi ilə bu gün dünyanın qüdrətli dövlətinə çevrilən Azərbaycan ərazi bütövlüyünü bərpa etməyə tam hazırdır: “Bu günPrezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı azad etməyə qadir olan igid oğullarımız var və biz torpaqlarımızı azad edəcəyik. İstər sülh istərsə də, müharibə yolu ilə”.
/Sia/