GÖZÜMÜZÜN NURU QARABAĞ

Azərbaycan – Babəklərin, Koroğluların, Xətailərin yurdu!

Azərbaycan – Babəklərin, Koroğluların, Xətailərin yurdu!

Hər bir xalqın tarixi onun gələcək yolunun lideridir. Bəli, insan ancaq tarixini bildikdə onun faciəli anlarını öyrəndikdən, gördükdən sonra onu beynəlxalq aləmdə təmsil edə bilər. Beləki Azərbaycan xalqının tarixində həm parlaq həmdə faciəli səhifələr var. Tariximizin ən faciəli səhifələrindən biri də gözümüzün nuru olan qəlbimizdə daim yaşayacaq Qarabağ səhifəmizdir. Hər ölkənin tarixi həmin ölkənin bir növ tərcümeyi-halı rolunu oynayır. Xalqımızın SSRİ-nin tərkibindən çıxmaq müstəqil bir dövlət olmaq istəyi həmişə qonşu ölkələr tərəfindən qısqanclıqla qarşılanmışdır Azərbaycan xalqının qonşusu olan Erməni xalqı daim tarix boyu torpaqlarımıza göz dikmiş və babalarımızdan bizə miras qalan torpaqlarımızı hər fürsət düşdükdə ələ keçirməyə çalışmışdır. Ermənilərin Azərbaycan torpaqlarına o cümlədən Dağlıq Qarabağa qarşı iddiaları onların dənizdən-dənizə Böyük Ermənistan yaratmaq planın tərkib hissələrindəndir. Ermənilərə bu işdə bir çox rus liderlərinin də böyük köməyi olmuşdur. 1985-ci ildə Rusiyada Qorbaçovun hakimiyyətə gəlməsi, onun millətlər arasında olan tarixi münaqişəni yenidən alovlandırmaq istəyi ermənilərin bu planının reallaşdırmasında müəyyən rol oynamışdır. 1988-ci ildə erməni xalqının bu niyyətləri daha açıq sürətdə özünü biruzə verməyə başladı. 1992-ci ildə fevral ayının 25-dən 26–a keçən gecə ermənilər 366-cı rus motoatıcı alayının köməyilə Xocalıda Azərbaycan xalqına faciəli soyqırım törətdilər. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-ı qadın, 70-i qoca və qarı olmaqla 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Xocalı bizim qan yaddaşımızdır! Hər bir Azərbaycanlı Xocalını onurla, qürurla anmalıdır. Ermənilər onların havadarı olan rus ordusunun köməyi ilə 1992-ci il 8 may tarixində Şuşanı, 18 may tarixində Laçını , 2 oktyabr tarixində Xocavəndi, 1993-cü il 2 aprel tarixində Kəlbəcəri, 17 iyun tarixində Ağdərəni, 23 iyul tarixində Ağdamı, 23 avqust tarixində Cəbrayılı, Füzulini, 31 avqust tarixində Qubadlını, 29 oktyabr tarixində Zəngilanı işğal etmişlər. Ümummilli liderimiz Heydər Əliyevin siyasi fəaliyyəti nəticəsində ermənilərin Azərbaycan torpaqlarına olan təcavüzünün qarşısı alındı. 1994-cü il 12 may tarixində Azərbaycan və Ermənistan arasında atəşkəs elan olundu. Qarabağ hadisələri xüsusəndə Xocalı faicəsi Azərbaycan xalqını sarsıtsa belə bu hadisələr nəticəsində erməni xalqının əsl siması üzə çıxdı.

 

Orxan Şahid