Kayseridə Xocalı faciəsinə həsr olunmuş tədbir keçirilib

Aydın Mirzəzadə: “Xocalı sıyqırımı bütün türk dünyasının faciəsidir”…

Aydın Mirzəzadə: “Xocalı sıyqırımı bütün türk dünyasının faciəsidir”

XX əsrin ən qanlı faciəsi kimi tarixə düşən Xocalı soyqırımına həsr olunmuş tədbirlər silsiləsi ölkəmizdə olduğu kimi, ölkə hüdudlarından kənarda da geniş şəkildə keçirilməkdədir. SİA-ya açıqlama verən YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə qeyd etdi ki, Türkiyədə Xocalı soyqırımı ilə bağlı geniş tədbirlər keçirilir, o cümlədən Kayseridə də tədbirlər silsiləsi davam etdirilməkdədir: “Türkiyənin Kayseri şəhərindəki Erciyes Universitetində keçirilən Xocalı faciəsinin ildnönümü tədbiri çərçivəsində Kayseri şəhərinin valisi Orhan Düzgünlə görüş zamanı vali qeyd edib ki, Xocalı soyqırımı həm türk dünyasına, həm də bəşəriyyətə qarşı törədilmiş soyqırımı faktıdır. Kayseri valisi Xocalı faciəsini bütün türk dünyasının faciəsi adlandırdı. O, Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarının azad edilməsində Türkiyənin Azərbaycanın mövqeyini dəstəklədiyini bir daha xatırlatdı”.

Millət vəkili Aydın Mirzəzadə Kayseri valisinə dost münasibəti üçün razılığını bildirərək, Türkiyənin Azərbaycanı dəstəkləməsinin ölkəmiz üçün əhəmiyyətini vurğulayıb: “Kayseri şəhərində Xocalı soyqırımının anılmasının təşkil edilməsinə görə, bütün kayserililərə təşəkkürümü bildirdim “.

Aydın Mirzəzadə nümayəndə heyəti adından tədbirin sonunda Kayseri valisi Orhan Düzgünə üstündə Azərbaycan gerbi olan stolüstü xatirə medalı hədiyyə edib.

/sia/