Bakıda Azərbaycan və Belarus Xarici İşlər nazirliklərinin konsul məsələləri üzrə məsləhətləşmələri keçirilir…
Bakıda Azərbaycan və Belarus Xarici İşlər nazirliklərinin konsul məsələləri üzrə məsləhətləşmələri keçirilir.
Belarus nümayəndə heyətinə Belarus XİN-in Baş Konsul İdarəsinin rəisi İqor Fisenko, Azərbaycanın nümayəndə heyətinə isə XİN-in Konsul İdarəsinin rəisi Mehriban Nəcəfova başçılıq edirlər. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Belarusun Azərbaycandakı səfirliyi xəbər verib.
Həmçinin məsləhətləşmələrdə iki ölkənin miqrasiya orqanlarının, Ədliyyə nazirliklərinin nümayəndələri, xarici siyasət idarələrinin Konsul idarələrinin, Azərbaycan DSMF-nin əməkdaşları iştirak edirlər.
Məsləhətləşmələrin gündəliyinə konsul və miqrasiya məsələləri üzrə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirəsi, Belarus və Azərbaycan vətəndaşlarının maraqlarının müdafiəsi və onlara hüquqi yardımın göstərilməsi, eləcə də milli qanunvericiliyin təkmilləşdirilməsi və beynəlxalq təşkilatlarla qarşılıqlı fəaliyyət üzrə təcrübə mübadiləsi daxildir.
/Trend/