Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin regional strukturları tərəfindən qeyri-leqal məşğulluq hallarının aradan qaldırılması istiqamətində cari ilin yanvar ayında aparılan işlər nəticəsində ayrı-ayrı müəssisələr üzrə ümumilikdə 924 nəfər işçi ilə əmək müqaviləsinin bağlanılması təmin edilib…
Bu barədə Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məlumata görə, eyni zamanda, işəgötürənlər və əmək kollektivləri arasında tərəflərin razılığı əsasında əmək münasibətlərinə dair əlavə şərtləri müəyyən edən 24 kollektiv müqavilə bağlanılıb.
Qeyd edilən dövrdə işçilərə ödənilməsi gecikdirilmiş ümumilikdə 90472 manat məbləğində sosial xarakterli ödəmələrin ödətdirilməsi təmin olunub. Həmin vəsaitlərdən 84974 manatını əmək haqları, 4534 manatını zərərə görə ödənclər, 964 manatını sosial müavinət və kompensasiyalar təşkil edib.
/Trend/