Xocalı faciəsi ilə bağlı həqiqətlər Almaniya ictimaiyyətinə çatdırılır

Hamburq Atatürkçü Düşüncə Dərnəyinin (ADD) təşkilatçılığı ilə Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilmişdir…

Hamburq Atatürkçü Düşüncə Dərnəyinin (ADD) təşkilatçılığı ilə Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilmişdir.

Azərbaycan və Türkiyə diaspor təşkilatlarının, Türk-Azərbaycan Birliyinin (TAVD), Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin (AAKM) nümayəndələrinin iştirakı ilə keçirilən tədbir Hamburq Türk Evində baş tutmuşdur.

Tədbiri Hamburq Atatürkçü Düşüncə Dərnəyinin sədri Coşqun Coşqun açaraq hər il Azərbaycan diaspor təşkilatları ilə əməkdaşlıq əsasında Xocalı soyqırımına həsr edilmiş tədbirlərin keçirildiyini bildirmişdir.

Türkiyənin Hamburqdakı baş konsulluğunun nümayəndəsi Xocalı soyqırımının dünyada tanınması istiqamətində görülən işlərdən danışmışdır.

Sonra Heydər Əliyev Fondunun hazırladığı “Xocalı qətliamı” adlı tarixi-sənədli film nümayiş etdirilmişdir.

Avropa Azərbaycanlıları Konqresinin perzidenti, AAKM-nin icraçı direktoru Samira Patzer-İsmailova çıxış edərək Xocalı soyqırımı ilə bağlı həqiqətlərin Almaniya ictimaiyyətinə çatdırılması istiqamətində keçirilən tədbirlər haqqında məlumat vermişdir. Bildirilmişdir ki, bu günlərdə Almaniyada Xocalı faciəsi ilə bağlı 30-a qədər tədbir keçirilmişdir.

Samira Patzer-İsmailova vurğulamışdır ki, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsçüsü olduğu “Xocalıya ədalət” kampaniyası çərçivəsində Almaniyada da mühüm işlər görülür.

“Erməni təcavüzünün tanıdılması” İctimai Birliyinin sədri Səriyyə Cəfərova Xocalı soyqırımını dünya miqyasında tanımış ölkələr haqqında məlumat vermiş, gələcəkdə daha səmərəli işlər görülməsi üçün səylərin artırılmasının vacibliyini vurğulamışdır.

Milli Məclisin deputatı Musa Qasımlı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixinə və türk millətinə qarşı törədilmiş soyqırımı aktlarına dair faktları tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.

 

/Azertac/