Bakıda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Ana Fəryadı ” memorial kompleksinin Şəhidlər xiyabanına köçürülməsi təklif edilir…
Bakıda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Ana Fəryadı ” memorial kompleksinin Şəhidlər xiyabanına köçürülməsi təklif edilir.
Trend xəbər verir ki, Milli Məclisin fevralın 25-də keçirən iclasında hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Mübariz Qurbanlı Bakının Xətai rayonunda yerləşən Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Ana Fəryadı ” memorial kompleksinin Şəhidlər xiyabanına köçürülməsini təklif edib.
M.Qurbanlı hesab edir ki, Xocalı soyqrımını əks etdirən bu abidə rəsmi protokola daxil edilməlidir: “Ana Fəryadı ” abidəsi Şəhidlər xiyabanına köçürülməlidir. Əgər bu abidə həmin əraziyə köçürülərsə, Azərbaycana gələn xarici qonaqlar da Xocalı soyqırımı ilə daha yaxından tanış ola bilər “.
/Trend/