Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı bəyanat verərək, bu faciənin yaddaşlardan silinməyəcəyini bildirib…
Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı bəyanat verərək, bu faciənin yaddaşlardan silinməyəcəyini bildirib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin “Bu gün ” qəzeti xəbər verib.
Məlumata əsasən, müxalifət lideri qeyd edib ki, mənsub olduğu partiya bu faciənin miqyasının bütün dünyaya çatdırılması üçün bundan sonra da əlində olan bütün imkanları səfərbər edəcək.
/Trend/