Tahir Rzayev: “3-cü Dövlət Proqramı kənd təsərrüfatının inkişafında mühüm rol oynayacaq “

“Regionların sosial-iqtisadi inkişafı üzrə nəzərdə tutulan hər iki Dövlət Proqramı uğurla başa çatıb”. Bunu SİA-ya açıqlamasında millət vəkili Tahir Rzayev deyib…

 

Onun sözlərinə görə, artıq üçüncü Dövlət Proqramına start verilib: “Bu Dövlət Proqramında əsasən rayon mərkəzləri yox, kəndlərin infrastrukturu dəyişdiriləcək ən ucqar kənd yolları təmir ediləcək. Həmin ucqar yerlərdə əgər qaz və su problemi varsa, tamamilə aradan qaldırılacaq. Bir sözlə, artıq kəndlər öz simasını dəyişib yeni şəkil alacaq. Digər dövlət proqramlarında olduğu kimi bu 3-cü Dövlət Proqramında kənd təsərrüfatının inkişafı üçün çox böyük tədbirlər görüləcək. Proqramların icrasında əsas məqsəd regionların sosial-iqtisadi inkişafını, əhalinin məşğulluğunun təmin edilməsi, infrastruktur layihələrin həyata keçirilməsi əhəmiyyət daşıyırdı ki, bu məqsədə də nail olunub”.

 

Tahir Rzayev onu da qeyd edib ki, rayonlarda əkin sahələrinə suvarılması üçün nasoslar quraşdırılıb: “2004-2013-cü illər ərzində 2000-dən çox məktəb tikilib və yaxud əsaslı təmir olunub, həmin məktəblər müasir avadanlıqla təchiz olunub. Eyni zamanda Ağcabədi rayonunda 30 məktəb tikilib və bir neçə məktəb əsaslı təmir olunaraq istifadəyə verilib. Burada 204 çarpaylıq xəstəxana binası tikilib. Həmçinin müasir standartlara uyğun, anoloqu olmayan süd emalı zavodu istifadəyə verilir. Bu zavodda 240-250 ton süd istehsal olunur, eyni zamanda burada böyük heyvandarlıq ferması fəaliyyət göstərir. Dövlət Proqramlarının həyata keçirilməsi nəticəsində rayonda 5 kəndi əhatə edən yol çəkilib və yol problemi aradan qaldırılıb. Qazlaşdırılma işləri aparılıb və rayonun 70 fazi qazla təmin olunub. Su təminatı dahada yaxşılaşdırılıb. Burda soyuducu anbarlar taxıl terminaları tikilib. Eyni zamanda, Qarabağ əlilləri üçün yaşayış binaları istifadəyə verilib”.

/Sia/