Cəbhə xəttindən Azərbaycana keçən daha bir erməni yaxalandı

Bu gün günorta saatlarında Tovuz rayonunda Tovuz çayı üzərindəki dəmiryolu körpüsünün yaxınlığında bir erməni gənci saxlanılıb…

Bu gün günorta saatlarında Tovuz rayonunda Tovuz çayı üzərindəki dəmiryolu körpüsünün yaxınlığında bir erməni gənci saxlanılıb. 
Modern.az saytı Tovuzun “Türkel” Televiziyasına istinadən bildirir ki, sərhəddi keçən erməni gəncini ilkin olaraq ətrafda yaşayan sakinlər görüb. Sonra həmin erməni gənci Tovuz rayon Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarına təhvil veriblər. Faktı Tovuz rayon MTN rəisi Azad Qurbanov da TTV-yə təsdiqləyib. Onun sözlərinə görə, erməni olan bu gənc nə azərbaycan, nə də rus dillərini bilir. Hazırda həmin şəxs Bakıya Milli Təhlükəsizlik Nazirliyinə aparılır.  

Modern.az