Azərbaycan hərbi məhsulun istehsalını artırır

Müdafiə təyinatlı yeni müəssisələr yaradılacaq…

Müdafiə təyinatlı yeni müəssisələr yaradılacaq.

Azərbaycanda müdafiə təyinatlı yeni növ məmulatın istehsalı üzrə müəssisələr istifadəyə veriləcək.

Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, bu Prezident İlham ƏliyevinAzərbaycan Respublikasında 2014-cü ilin “Sənaye ili” elan edilməsi ilə bağlı “Tədbirlər Planı”nda əksini tapıb.

“Tədbirlər Planı”na əsasən, sənaye müəssisələrinin yenidən qurulması və yeni emal sənayesi müəssisələrinin yaradılması işlərinin dəstəklənməsi, Azərbaycanda polad istehsalı kompleksinin qurulması məqsədi ilə məsləhətçi şirkətin cəlb edilməsi, texniki iqtisadi əsaslandırmanın hazırlanması və layihələndirmə işlərinə başlanılması da nəzərdə tutulub.

Həmçinin, ölkəmizdə alternativ enerji qurğu və avadanlığının istehsalı üzrə yeni müəssisələr istifadəyə veriləcək. Dövlət başçısının təsdiq etdiyi “Tədbirlər Planı”nda o da qeyd olunur ki, Gəncə və Mingəçevirdə sənaye parkı yaradılacaq.

/oxu.az/