Azərbaycan Norveç ilə energetika sahəsində əməkdaşlıq edəcək

Norveçin alternativ enerji mənbələrindən istifadə təcrübəsi öyrədiləcək…

Norveçin alternativ enerji mənbələrindən istifadə təcrübəsi öyrədiləcək.

Azərbaycan Respublikası Energetika Nazirliyinin Aparatının rəhbəri cənab İftixar Hüseynovun Norveç Təbiəti Mühafizə Cəmiyyətinin SPARE Proqramının Qafqaz və Orta Asiya üzrə regional koordinatoru xanım Cecile Gulbraarla görüşü zamanı qurumun respublikamızda həyata keçirdiyi layihələr barədə geniş fikir mübadiləsi aparılıb.

Oxu.Az xəbər verir ki, Energetika Nazirliyindən verilən məlumata görə, orta məktəb şagird və müəllimləri üçün enerjidən səmərəli istifadə ilə bağlı müxtəlif layihələr həyata keçirən qurum bir sıra müsabiqə və viktorinalar təşkil edir, maarifləndirmə fəaliyyəti aparır, praktiki işlər görür.

Orta məktəb müəllimləri üçün təşkil olunan təlim və seminarlarda enerjiyə qənaət və alternativ enerji mənbələrindən istifadə imkanları haqqında biliklərin tədrisi və inteqrasiyasına dair beynəlxalq təcrübə öyrədilir.

Görüşdə Norveç Təbiəti Mühafizə Cəmiyyətinin Azərbaycan Respublikası Energetika Nazirliyi ilə əməkdaşlığının daha da genişləndirilməsinin yolları müzakirə olundu, bir sıra təklif və təşəbbüslər səsləndirildi.

/oxu.az/