Ərdoğan: Qondarma “erməni soyqırımı “ndan Türkiyəyə qarşı istifadə oluna bilməz

Qondarma “erməni soyqırımı “ndan Türkiyəyə qarşı istifadə oluna bilməz. Trend-in “TRT Haber ” telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib…

Qondarma “erməni soyqırımı “ndan Türkiyəyə qarşı istifadə oluna bilməz. Trend-in “TRT Haber ” telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib.

Baş nazirin sözlərinə görə, Türkiyə və Ermənistandan olan tarixçilər 1915-ci il hadisələrinin araşdırılması üçün birgə komissiya yaratmalıdırlar.

O, qeyd edib ki, yalnız birgə araşdırma 1915-ci il hadisələrinə obyektiv qiymət verə bilər.

Türkiyənin 1915-ci il hadisələrinin araşdırılması üçün Ermənistanla birgə komissiya yaratmaqla bağlı göstərdiyi səylərə baxmayaraq, erməni tərəfi indiyədək Ankaranın müraciətinə reaksiya verməyib.

Qeyd edək ki, Ermənistan hər il aprelin 24-də qondarma “erməni soyqırımı “nı qeyd edir. Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı İmperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri qondarma “soyqırım “ı tanıyıblar.

 

/Trend.az/