Zakir Həsənov Türkiyəyə yollanıb

Səfər çərçivəsində ikitərəfli görüşlər keçiriləcək…

Səfər çərçivəsində ikitərəfli görüşlər keçiriləcək.

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyəyə səfər edib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, nazir aprelin 22-də Türkiyəyə yola düşüb.

Aprelin 25-dək davam edəcək səfər çərçivəsində müdafiə naziri Çanaqqala döyüşünün 99-cu ildönümü münasibətilə keçiriləcək anma mərasiminə qatılacaq. 

Səfər çərçivəsində müdafiə naziri Z. Həsənovun Müdafiə Nazirliyi və Türkiyə Silahlı Qüvvələrinin rəhbərliyi ilə ikitərəfli görüşləri də olacaq.  

www.oxu.az