“Caspian Mobility Group ” müştərək müəssisəsi (BM) “Bakı Metropoliteni ” QSC ilə “28 May ” stansiyasından başlayan “yaşıl xətt “in (şərti olaraq U15 adlanan) tikintisi üzrə müqavilə imzalayıb…
“Caspian Mobility Group ” müştərək müəssisəsi (BM) “Bakı Metropoliteni ” QSC ilə “28 May ” stansiyasından başlayan “yaşıl xətt “in (şərti olaraq U15 adlanan) tikintisi üzrə müqavilə imzalayıb. Bu barədə Trend-ə “Akkord ” Sənaye Tikinti İnvestisiya Korporasiyası ” ASC-nin direktor müavini Samir Qasımov bildirib.
“Caspian Mobility Group ” Fransanın “Bouygues ” şirkəti ilə birgə yaradılıb.
Onun sözlərinə görə, müqavilənin dəyəri təqribən 450 milyon manatdır. “Yaşıl xətt “in uzunluğu 3,5 kilometrdir.
S.Qasımov deyib ki, bundan başqa, “28 May ” stansiyasının yenidən qurulması çərçivəsində “Akkord-Bouygues ” artıq inşaat işlərinin aparılması üzrə təkliflərini təqdim edib: “Müqavilənin yaxın vaxtlarda imzalanacağı gözlənilir “.