Prezident Şurası Jirinovskiyə qarşı cinayət işinin açılması üçün baş prokurora MÜRACİƏT etdi

Rusiya Prezidenti yanında Vətəndaş Cəmiyyəti və İnsan Haqları Şurası baş prokuror Yuri Çaykaya Vladimir Jirinovski barəsində cinayət işinin açılmasına razılıq verilməsi üçün Dövlət Dumasına təqdimat göndərmək xahişi ilə müraciət edib.

Rəsmi müraciətdə bildirilir ki, 18 apreldə parlament binasında Dumanın vitse-spikeri, Liberal-Demokrat Partiyasının sədri V.Jirinovski jurnalistə qarşı təhqiramiz hərəkət edib. O, peşə fəaliyyətini yerinə yetirən jurnalisti özünün xidməti vəziyyətindən sui-istifadə edərək zorakılıqla hədələyib. Bu isə Cinayət Məcəlləsinin 144-cü maddəsi ilə tövsif olunur. Müraciəti imzalaynalar bildiriblər ki, Jirinovskinin bu hıərəkəti Rusiya parlamentini nüfuzunu ciddi şəkildə zədələyir və cəmiyyətə hörmətsizlik aşılayır.

Bununla əlaqədar Şura sədri baş prokurora müraciət edərək Dövlət Dumasına Jirinovski barədə cinayət işinin başlanmasına razılıq verilməsi barədə təqdimat göndərməyi xahiş edib. 

Qeyd edək ki, RLDP lideri ilə bağlı qalmaqal aprelin 18-də Dövlət Dumasının plenar iclası ərəfəsi hamilə jurnalist Stella Dubovskaya qarşı olduqca kobud davranışından sonra yaranıb. 

/Modern.az/