Timoşenko separatçılarla görüşə getdi

 Ukrayna prezidentliyinə namizəd, keçmiş baş nazir Yuliya Timoşenko Luqanskda Təhlükəsizlik Xidmətinin vilayət binasını ələ keçirən separatçılarla danışıqlar aparmaq niyyətindədir…

Ukrayna prezidentliyinə namizəd, keçmiş baş nazir Yuliya Timoşenko Luqanskda Təhlükəsizlik Xidmətinin vilayət binasını ələ keçirən separatçılarla danışıqlar aparmaq niyyətindədir. Modern.az Ukrayna KİV-nə istinadən bildirir ki, “Batkivşina” partiyasının lideri bu məqsədlə aprelin 24-də Luqanska gedib. Onun bu dəqiqələrdə separatçılarla görüşə getdiyi bildirilir. Məqsəd Təhlükəsizlik Xidmətinin binasını zəbt edənlərin boşaltmasına nail olmaqdır. Qeyd edək ki, bundan əvvəl Timoşenko yubanmadan Luqansk vilayətində fövqəladə vəziyyət elan olunması təklifi ilə də çıxış edib.

Modern.az