“Beynəlxalq Demokrat İttifaqının Madriddə keçirilən toplantısında Azərbaycanın daxili siyasəti ilə bağlı hər hansı bir məsələ müzakirə olunmayıb. Qarabağ münaqişəsi ilə bağlı da müzakirələr keçirilmədi”…
“Beynəlxalq Demokrat İttifaqının Madriddə keçirilən toplantısında Azərbaycanın daxili siyasəti ilə bağlı hər hansı bir məsələ müzakirə olunmayıb. Qarabağ münaqişəsi ilə bağlı da müzakirələr keçirilmədi”.
Bunu Modern.az saytına açıqlamasında BDİ-nin sədr müavini, AMİP lideri Etibar Məmmədov İspaniya səfərini şərh edərkən deyib. Qurum rəsmisi bunu Azərbaycanın daxili siyasi arenasındakı proseslərin gündəliyə salınmaması ilə əlaqələndirib.
“Biz Ukrayna hadisələri fonunda Rusiyanın hərəkətlərinin Azərbaycana təhlükəsi barədə danışıqlar aparmışıq. Amma daxili siyasi mühit barədə söhbətlərimiz olmayıb”,-deyə AMİP lideri söyləyib.
E. Məmmədov qeyd edib ki, BDİ-nin gələcək iclaslarında Azərbaycanın daxili siyasəti gündəliyə salınacaq. “Bələdiyyə, parlament, prezident seçkilərindən sonra quruma üzv partiyaların təmsil etdiyi ölkələrinin daxili siyasi prosesləri gündəliyə salınır”.
Qeyd edək ki, 9-11 aprel tarixlərində BDİ-nin İspaniyanın paytaxtı Madriddə icraçı toplantısı keçirilib. Səfər çərçivəsində E. Məmmədov İspaniyanın baş naziri Mariano Rajoy ilə də görüşüb.
Xatırladaq ki, AMİP BDİ-yə 1996-cı ildən üzvdür.
/Modern.az/