Hollivud aktyorları “erməni soyqırımı” haqda filmə çəkiləcək

Alen Delon, Edrian Broudi və Dastin Hoffman həmin filmdə rol alıblar…

Alen Delon, Edrian Broudi və Dastin Hoffman həmin filmdə rol alıblar.

Hollivudun məşhur aktyorları “erməni soyqırımı” haqqında bədii filmə çəkiləcəklər.

Oxu.Az xəbər verir ki, məşhur fransız aktyoru Alen Delon “Pasient” adlı həmin filmdə baş rolu canlandıracaq.

Bundan başqa filmdə “Oskar” laureatları Edrian Broudi və Dastin Hoffmanın çəkiləcəyi gözlənilir.

Filmin prodüseri Valeri Saaryan, saundtrekini yazan isə dünyaca məşhur “System of a Down” rok qrupunun solisti, “Qremmi” mükafatı laureatı Serj Tankyandır.

Filmin süjet xəttinə gəlincə isə hadisələr XX əsrin əvvəllərində Parisdəki psixiatrik xəstəxanalardan birində cərəyan edəcək. Əsas qəhrəmanın erməni bəstəkarı Komitasın olacağı ehtimal olunur.

Qeyd edək ki, böyük miqdarda büdcə tələb edən filmin çəkilişlərini Rusiyadakı erməni diasporu maliyyələşdirəcək.

 

/oxu.az/