Obama Putini xilas edəcək

“Mən Havay adalarında böyümüşəm, mənim böyük təcrübəm var”…

“Mən Havay adalarında böyümüşəm, mənim böyük təcrübəm var”.

ABŞ prezidenti Barak obama bildirib ki, Rusiya prezidenti Vladimir Putin batarsa onu xilas edəcək.

Oxu.Az RİA Novosti-yə istinadən bildirib ki, bu barədə ABŞ prezidentinin saytının jurnalisti Zeyk Miller öz Tvitter bloqunda yazıb.

“Mən əlbəttə ki, prezident Putini xilas edəcəm, əgər o suda boğularsa. Mən inanmaq istərdim ki, əgər kimsə batsa onu xilas edə biləcəm. Mən pis üzgüçü deyiləm, Havayda böyümüşəm, böyük təcrübəm var”, – Obamanın sözlərini şərh edib.

17 aprel tarixində “birbaşa xətt” zamanı altı yaşlı Albinanın suallarına cavab verən Rusiya prezidenti Vladimir Putin əminliklə bildirib ki, əgər o suda boğulsa ABŞ prezidenti Barak Obama onu xilas edər.

www.oxu.az