Rusiya Azərbaycan ermənisini hakimiyyətə gətirir

“Arkadi Qukasyan Ermənistanda vəzifəyə gətirələcək”…

“Arkadi Qukasyan Ermənistanda vəzifəyə gətirələcək”

Bu iddia ilə Ermənistan mətbuatı çıxış edib. Mətbuat “Dağlıq Qarabağ”ın keçmiş liderinin Rusiyanın sifarişi ilə hakimiyyətdə yeni vəzifəyə gətiriləcəyini bildirib: “Arkadi Qukasyana Ermənistanda yeni vəzifə veriləcək. Onun Ermənistanın Təhlükəsizlik Şurasının sədri olacağı bildirilir. Artıq Sərkisyana bununla bağlı Rusiyadan göstəriş gəlib”. Qeyd edək ki, Arkadi Qukasyan 1988-ci ildə Xankəndində Azərbaycana qarşı olan çıxışlarda xüsusi aktivliyi ilə seçilib. O, 1997-ci ildə “Dağlıq Qarabağ”ın rəhbərliyinə gətirilib. Sələfi Robert Köçəryanı əvəzləyən Qukasyan 2007-ci ilə qədər bu vəzifəni icra edib. 

axar.az