“Putin başa düşməlidir ki…”…
“Putin başa düşməlidir ki…”.
ABŞ senatında Ukraynaya 100 mln. dollar dəyərində hərbi yardım paketi haqqında qanun layihəsi hazırlanır.
Oxu.Az Forbes.ua saytına istinadən xəbər verir ki, bu barədə ABŞ senatoruCon Makkeyn deyib.
Onun sözlərinə görə, yardım paketində Ukraynaya təkcə maliyyə yardımı nəzərdə tutulmur.
“Biz Rusiyanın təcavüzünə qarşı müvafiq addımlar atmaq istəyirik. Putin başa düşməlidir ki, Ukraynanın cənub şərqini işğal etmək onun üçün baha başa gələcək”, Con Makkeyn deyib.
Senator bildirib ki, Ukraynaya hərbi yardım paketi haqda qanun layihəsinin hazırlanması vaxt aparacaq. Lakin başa düşürük ki, vaxt bizim əleyhimizə işləyir. Bu səbəbdən Con Makkeyin deyib ki, ABŞ prezidenti Barak Obamanı Ukraynaya ən yaxın vaxtda hərbi yardım etməyə inandırmağa çalışır.
Senatorun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin Ukraynanın cənub şərqində təxribatlar həyata keçirərək Rusiya ordusunu bölgəyə göndərməyə çalışır. Lakin ABŞ V.Putinin təcavüzünə qarşı layiqli cavab verməyə hazırdır.