Cəbhə bölgəsində təlimlər keçirilir

Məşğələlər general-polkovnik Zakir Həsənovun döyüş hazırlığı planına əsasən keçirilir…

Məşğələlər general-polkovnik Zakir Həsənovun döyüş hazırlığı planına əsasən keçirilir.

Azərbaycan Silahlı Qüvvələrinin cəbhə bölgəsindəki hərbi hissələrində döyüş hazırlığı üzrə təlim məşğələləri keçirilir.

Bu barədə Oxu.Az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Təlim məşğələləri müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2014-cü ilin döyüş hazırlığı planına əsasən keçirilir.

Cəbhənin Beyləqan istiqamətində döyüş hazırlığının təşkili üzrə səhra şəraitində keçirilən nümunəvi taktiki məşğələlərə bölük və tabor səviyyəsində şəxsi heyət cəlb olunub.

www.oxu.az