Cəbhədən xəbər var

Mövqelərimiz atəşə tutulub…

Mövqelərimiz atəşə tutulub.

Cəbhə xəttində atəşkəs yenidən pozulub.

Müdafiə Nazirliyindən Oxu.Az verilən xəbərə görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber, Noyemberyan rayonunun Berdavan kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı və Kəmərli kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar.

Xocavənd rayonunun Kuropatkino və Tərtər rayonunun Göyarx kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub. 

www.oxu.az