Ermənilər Qarabağın helikopterdən çəkilmiş şəkillərini yaydılar

Şuşada 193 nəfər şəhid, 102 nəfər əlil olub…

Şuşada 193 nəfər şəhid, 102 nəfər əlil olub.

Azərbaycanın işğal altında olan torpaqlarının növbəti görüntüləri yayılıb. 

Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, bu dəfə ermənilər səfalı torpaqlarımız olan – Dağlıq Qarabağın havadan fotolarını çəkiblər. 

Şuşanın işğal günü ərəfəsində yayılan fotolarda Xankəndi, Ağdərə, Əsgəran kimi torpaqlarımız əks edilib. 

Şuşa 1992-ci il may ayının 8-də işğal edilib. Şuşanın ərazisi 289 km2, əhalinin sayı 24900 nəfər olub. Bu şəhərdə 193 nəfər şəhid, 102 nəfər əlil olub. 

Erməni işğalçıları tərəfindən dağıdılıb, yandırılıb və talan olunub. Şuşa rayonu 1930-cu ildə təşkil edilib. 1963-cü ildə ləğv edilərək ərazisi Xankəndi (Stepanakert) rayonuna (1978-ci ildən Əsgəran rayonu) verilib, 1965-ci ildə yenidən müstəqil rayon olub.

 

 

 

 

 

 

/Oxu.az