Əli Həsənov – Rusiya ilə xüsusi münasibətlər barəsində

“Həştərxanda keçirilən bugünkü tədbir bunu təsdiq edir”…

“Həştərxanda keçirilən bugünkü tədbir bunu təsdiq edir”.

Azərbaycanın xarici siyasətində Rusiya ilə münasibət xüsusi yer tutur.

Oxu.Az Vesti.az-a istinadən xəbər verir ki, bu barədə Həştərxanda səfərdə olan Azərbaycan Respublikası Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov danışıb.

“Biz yalnız RF, Moskva ilə deyil, eləcə də subyektlərlə əlaqə saxlayırıq. Onların arasında Həştərxan xüsusi yer tutur. Həştərxanla bizi – tarixi, iqtisadi, sosial, mənəvi və mədəni əlaqələr bağlayır. Biz həmçinin Xəzər dənizini bölürük. Ona görə də bizim Həştərxanla münasibətimiz RF-nin digər subyektləri üçün nümunədir!”, – Əli Həsənov deyib.

Onun sözlərinə görə, Həştərxanda keçirilən bugünkü tədbir bunu təsdiq edir.

Xatırladaq ki, Əli Həsənov Həştərxana səfəri çərçivəsində vilayət qubernatoru Aleksandr Jilkin ilə görüşüb. Görüşdən sonra Azərbaycan nümayəndə heyəti və Həştərxan rəhbərliyi Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyublar, Heydər Əliyev fondu tərəfindən tikilmiş “Meçta” uşaq əyləncə şəhərciyinə, Heydər Əliyev adına 11 №-li ümumtəhsil məktəbinə baxıblar.

Burada Fondun təsis edilməsinin on illiyinə həsr edilmiş müsabiqə və turnir qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Bundan başqa, may ayının 12-də Həştərxanda konsert və atəşfəşanlıq da olacaq.

www.oxu.az