Putin güc strukturlarının nümayəndələrinə üstünlük verir

Rusiyada bir günə bir neçə yeni təyinat baş tutdu…

 

Rusiyada bir günə bir neçə yeni təyinat baş tutdu.

Rusiya prezidenti Vladimir Putin may ayının 12-də hakimiyyətdə bir sıra dəyişikliklər edib. Yüksək dövlət postlarına güc nümayəndəlikləri təyin edilib. Ekspertlərin fikrinə görə indiki hakimiyyət dəyişiklikləri – Rusiya siyasətində qlobal dəyişikliklərə müqəddimədir.

Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir ki, 2000-ci ildən Prezident işləri İdarəsinin rəhbəri olan Vladimir Kojini tutduğu vəzifədən azad edilib. Onun yerinə əvvəllər “B” Təhlükəsizlik xidməti İdarəsinin rəhbəri olan  Aleksandr Kolpakov təyin edilib. Kojin öz növbəsində tabel üzrə daha yüksək rütbəyə, amma daha aşağı vəzifəyə hərbi-texniki məsələlər üzrə əməkdaşlıq üzrə prezidentin köməkçisi təyin edilib. Putinin mühafizəsinin rəhbəri general-polkovnik Viktor Zolotov DİN daxili qoşunlarının baş komandanı – daxili işlər nazirini birinci müavini təyin edilib.

Dövlət başçısı eləcə də Şimali Qafqazda və Sibir federal əyalətində prezidentin səlahiyyətli nümayəndələrini dəyişib. SQ prezidentin səlahiyyətli nümayəndəsi Rusiya DİN daxili qoşunlarının komandanı Sergey Melikov təyin edilib. Sibir Federal vilayətində prezidentin səlahiyyətli nümayəndəsi Nikolay Roqojin təyin edilib. Ondan əvvəl bu vəzifəni icra edən Viktor Toloqonskiy Krasonuyarsk vilayətinə keçirilib. Öz növbəsində Krasnoyarsk diyarının rəhbəri Lev Kuznesov prezidentin təklifi ilə Şimali Qafqaz üzrə yeni Nazirliyin rəhbəri təyin edilib.

İki böyük təyinat Daxili İşlər Nazirliyində baş tutub. İstintaq Departamentinin yeni rəhbəri Aleksandr Savenkov, rüşvətxorluqla mübarizə idarəsinin rəisi isə – Dmitri Mironov təyin edilib. Bütün dəyişikliklər və təyinatlar bir gündə, may ayının 12-də baş verib.

www.oxu.az