Ərdoğan və milli müdafiə naziri xaricə səfərlərini təxirə saldılar

 Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan 200-dən çox insanın ölümü ilə nəticələnən şaxtada baş vermiş partlayışla əlaqədar Albaniyaya bu gün nəzərdə tutulan rəsmi səfərini təxirə salıb…

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan 200-dən çox insanın ölümü ilə nəticələnən şaxtada baş vermiş partlayışla əlaqədar Albaniyaya bu gün nəzərdə tutulan rəsmi səfərini təxirə salıb.

Trend-in Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, Ərdoğan bu gün partlayışın baş verdiyi Manisa vilayətinin Soma şəhərinə gedəcək.

Türkiyə Respublikasının milli müdafiə naziri cənab İsmət Yılmazın mayın 14-də Azərbaycan Respublikasına planlaşdırılan rəsmi səfəri də Türkiyənin Manisa əyalətindəki Soma şəhərində yerləşən mədəndə baş vermiş faciə səbəbindən təxirə salınıb. Bu barədə Trend Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.

Milli.Az