İranlı xanımlar: “Mən hicaba nifrət edirəm “

 İranda hicabsız gəzmək qadağan olsa da, bir çox İran qızları Facebook sosial şəbəkəsinin “Stealthy Freedoms of Iranian Women” səhifəsində açıq-saçıq şəkillərini nümayiş etdirirlər…

İranda hicabsız gəzmək qadağan olsa da, bir çox İran qızları Facebook sosial şəbəkəsinin “Stealthy Freedoms of Iranian Women” səhifəsində açıq-saçıq şəkillərini nümayiş etdirirlər

Milli.Az publika.az-a istinadən xəbər verir ki, hicabsız gəzməyə görə həbs cəzası gözləndiyi halda, sosial şəbəkəyə 150-dən çox şəkil yüklənib və 140,000 insan tərəfindən bəyənilib.

Qızlardan biri şəkilin altında yazıb: “Mən hicaba nifrət edirəm. Mən saçlarımda külək və günəşi hiss etməyi sevirəm. Məgər bu böyük günahdır?”

Şəkillərin birində isə 3 qız maşın yolunda qaçaraq “Yağış… Həyat… Azadlıq…” sözlərini yazıb.

Milli.Az