Putin: Ukraynada irimiqyaslı müharibə başlayıb

“Kiyev qaza olan borclarını ödəməkdən boyun qaçırır”…

“Kiyev qaza olan borclarını ödəməkdən boyun qaçırır”.

Rusiya prezidenti Vladimir Putin hesab edir ki, Ukraynada dövlət çevrilişindən sonra xaos yaranıb və irimiqyaslı vətəndaş müharibəsi başlayıb.

Bu barədə Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir.

“Amerika və Avropa partnyorlarının dəstəklədiyi dövlət çevrilişi baş verdi. Sonra bəs – xaos, və indi isə gördüyümüz kimi tammiqyaslı vətəndaş müharibəsi”, – Putin Ukraynadakı vəziyyəti şərh edib.

Rusiya hökuməti Ukrayna ilə qaz barəsində razılığa gələcəklərinə ümid edirlər, buna baxmayaraq Kiyev qaza olan borcunu bağlamaqdan imtina edir.

“Təkrarən ümid edirəm ki, razılığa gələ biləcəyik. Bax, ona görə də dostcasına deyirəm, yaxşı endirim istəyirsinizsə, onda heç olmasa endirimlərin qüvvədə olduğu müddət üçün borcları bağlayın. Bunu da ödəməkdən imtina edirlər. Yaxşı bəs necə işləyək?” – Putin plenar iclasda deyib.

www.oxu.az