Davudoğlu Bakıya gəldi

Nazirlərin iclasında beynəlxalq məsələlərin də müzakirə edilməsi gözlənilir…

Nazirlərin iclasında beynəlxalq məsələlərin də müzakirə edilməsi gözlənilir.

Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu Azərbaycana səfər edib. 

Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Davudoğlu Azərbaycan və türkmənistanlı həmkarları ilə birlikdə iclas keçirmək üçün Azərbaycana gəlib.

İclasda xarici işlər nazirləri enerji sahəsi başda olmaqla regional müstəvidə əməkdaşlığın genişləndirilməsi yollarını müzakirə edəcəklər. 

Həmçinin nazirlərin iclasında beynəlxalq məsələlərin də müzakirə edilməsi gözlənilir.

www.oxu.az