Sarkisyan: Qarabağ müharibəsi hələ başa çatmayıb

“Müharibədə güllə deyil, insan qalib gəlir”…

“Müharibədə güllə deyil, insan qalib gəlir”.

Atəşkəs müqaviləsinin imzalanmasından 20 il sonra Qarabağ müharibəsi nə qalib tərəf, nə də məğlub tərəf üçün başa çatmayıb: müharibə digər arenalarda davam edəcək. 

Oxu.Az haqqin.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın hakim Respublika partiyasının lideri, prezident Serj Sarkisyan ERP-nin mayın 24-də baş tutmuş qurultayında bildirib.

Serj Sarkisyanın sözlərinə görə, qalib tərəf müharibədə qazandığı qələbənin qiymətini yaxşı bilir. Bununla yanaşı, prezidentin sözlərinə görə, məğlub tərəf reallığı təhrif edərək, informasiya müharibəsi aparır, tarixi redaktə edir.

“Müharibədə güllə deyil, insan, insanın tipi, insanın inamı qalib gəlir. Qələbəni məsuliyyətli və ölkəsinə sadiq, partiya ideyaları, zövq və cibindəki pul yox, əldə olunanı saxlamağın zəruriliyinə əmin vətəndaşlar qazanırlar”. 

Serj Sarkisyan qeyd edib ki, qonşu Azərbaycanda vətəndaşlar arasında dövlət səviyyəsində erməni xofu və ermənilərə qarşı düşmənçilik toxumu səpilir: 

“Plüralizmin üstün olduğu, insanların sakit şəkildə öz nəzər nöqtələri və ideyalarını ifadə etdikləri, diskussiyalar üçün meydança olduğu cəmiyyət yaşamağa qadirdir və bizdə belə bir cəmiyyət var”.

www.oxu.az