Suriyada “Yəhya Azəri” öldürülüb

Onun Sumqayıt sakini olduğu bildirilir…

Onun Sumqayıt sakini olduğu bildirilir.

Suriyada daha bir azərbaycanlı öldürülüb.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, Suriyada vuruşan azərbaycanlı döyüşçülərdən alınan məlumata görə, “Yəhya Azəri” kimi tanınan azərbaycanlı döyüşçü Hələb yaxınlığında Bəşər Əsəd qüvvələri tərəfindən vurulub.

Azərbaycanlı döyüşçülər onun meyitinin fotosunu da təqdim ediblər.

Öldürülən azərbaycanlının əsl adı açıqlanmasa da, onun Sumqayıt sakini olduğu bildirilir.

Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə 100-dən çox azərbaycanlı həyatını itirib.

Onların bir çoxunun fotosu mücahidlər tərəfindən sosial şəbəkələrdə yayılıb.

/Oxu.az/