Barak Obama ukraynalıları təbrik etdi

“Təxribat və zorakılıqlara baxmayaraq…”….

“Təxribat və zorakılıqlara baxmayaraq…”.

ABŞ prezidenti Barak Obama Ukraynada keçirilən prezident seçkiləri başa çatan kimi bəyanatla çıxış edib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, Ağ Evin yaydığı bəyanatda B.Obama prezident seçkilərində səs verən Ukrayna xalqını bütün amerikalıların adından təbrik edib:

“Təxribat və zorakılıqlara baxmayaraq, milyonlarla ukraynalı bütün ölkə üzrə seçki məntəqələrinə gəlib.

Hətta Rusiyanın dəstəklədiyi separatçı qrupların bütöv regionları vətəndaş hüquqlarından məhrum etməyə cəhd göstərdiyi şərqi Ukraynanın bəzi hissələrində bir çox mərd ukraynalı səs verə bilib.

Bu seçkilər Ukrayna hökumətinin öz vətəndaşlarını cəlb etməklə ölkəni birləşdirmək səylərində daha bir vacib addım oldu.

Birləşmiş Ştatlar vacib siyasi və iqtisadi islahatların keçirilməsində Ukraynaya dəstək olmaq üçün yeni prezidentlə, eləcə də demokratik yolla seçilmiş parlamentlə birgə işi səbirsizliklə gözləyir.

Biz Ukraynanın ərazi bütövlüyünü, suverenliyini dəstəkləməyə davam edərək Rusiyanın Krımın ilhaqı istiqamətində siyasətini rədd edirik və problemin dinc yolla həllini tapmaq üçün həm Ukrayna, həm də digər tərəfdaşlarımızla birgə çalışmağı özümüzə borc bilirik”.  

www.oxu.az