Erməni “ekspertlər”in fantaziyaları

Onların fikrincə, belə hiyləgərliklə Putin Azərbaycanı Avrasiya İqtisadi İttifaqına cəlb etmək istəyir…

Onların fikrincə, belə hiyləgərliklə Putin Azərbaycanı Avrasiya İqtisadi İttifaqına cəlb etmək istəyir.

Ermənistanın Aİİ-yə tezliklə birləşdiriləcəyi barədə bəyanat Bakıya ünvanlanıb.

Oxu.Az erməni KİV-nə istinadən xəbər verir ki, bu fikri iyun ayının 3-də mətbuat konfransında Ermənistanın strateji və milli tədqiqatlar Mərkəzinin rəhbəri Manvel Sarkisyan Astanada Rusiya, Belarusiya və Qazaxıstan liderlərinin görüşünü şərh edərkən söyləyib.

Onun sözlərinə görə, beləliklə, Kreml Azərbaycanı Aİİ-yə cəlb etməyə cəhd edir. 

“Məlum olduğu kimi Azərbaycan Avrasiya İqtisadi İttifaqına daxil olmayacağını bəyan etmişdi. O zaman Rusiya Azərbaycana öz adamını yolladı və Bakıda anladılar ki, düşünmək lazımdır”, – ekspert qeyd edib və əlavə edib ki, Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Ermənistanın Aİİ-yə BMT-nin qəbul etdiyi sərhədlərlə daxil olması barədə bəyanatının İrəvana aidiyyatı yox idi. 

“Əslində bizim Dağlıq Qarabağla, ya onsuz İttifaqa daxil olub-olmayacağımız kimsə üçün maraqlı deyil. Heç ümumiyyətlə, qəbul olmağımız belə kimsəyə maraqlı deyil. Orada Serj Sarkisyandan Qarabağın Ermənistanın ərazisi olmadığını eşitmək, sonra isə bu cavabı Bakıya baha satmaq istəyirdilər” – Sarkisyan belə hesab edir.

Xatırladaq ki, may ayının 29-da Astanada Rusiya, Belarusiya və Qazaxıstan prezidentləri Avrasiya İqtisadi İttifaqının yaradılması haqqında müqavilə imzalayıblar.

www.oxu.az