Ukraynada döyüşlər davam edir

42 hərbçi həlak olub…

42 hərbçi həlak olub.

Separatçı qüvvələrin nümayəndəsi Luqanskda yerləşən hərbi hissəni ələ keçirdiklərini bəyan edib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, hərbi hissədə olan bütün hərbçilər təslim olub. 

“Hərbçilərin hamısı təslim olub. Hazırda onları hərbi hissənin təlim meydanında sıraya düzmüşük, onların barəsində hansı addımların atılacağına dair müzakirə aparılır”, deyə mənbə bildirib.

Separatçının sözlərinə görə, əsgərlər arasında çoxlu sayda yaralı var.

“UNN” agentliyi separatçılar arasında da itkilərin olduğunu bildirib. Ukrayna Milli Qvardiyasının məlumatına görə, separatçılar arasında 10-dək silahlı yaralanıb, bir neçə nəfəri öldürülüb.  

Qeyd edək ki, antiterror əməliyyatlara cəlb olunmuş ordu qüvvələri Donetsk vilayətinin şimal hissəsini terrorçulardan tamamilə təmizləyiblər və Ukraynanın şərqində keçirilən antiterror əməliyyatı zamanı Silahlı Qüvvələrin 42 hərbçisi həlak olub.

/Oxu.az/