“Son insidentlərə də diqqət yönəldəcəyik”.
NATO Parlament Assambleyasının “Roz Rot” seminarı çərçivəsində Bakıda keçiriləcək beynəlxalq tədbirdə Ermənistan parlamentinin deputat qrupu da iştirak edəcək.
Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, Ermənistan mətbuatının məlumatına görə, bu barədə hakim Respublika Partiyasından parlament üzvüKoryun Naapetyan məlumat verib.
Naapetyanın sözlərinə görə, onlar tədbirdə son günlər cəbhənin Naxçıvan istiqamətində insan tələfatı ilə nəticələnən insidentləri diqqətə çatdıracaqlar.
“Nümayəndə heyətinin rəhbəri kimi qeyd etmək istərdim ki, biz mütləq cəbhə xəttində baş verən son insidentlərə də diqqət yönəldəcəyik”.
Xatırladaq ki, NATO Parlament Assambleyasının “Roz Rot” seminarı iyunun 16-18-də Bakıda baş tutacaq.