Əli Həsənov: Erməni xalqı bunu görmürmü?

“Sərkisyan öz millətinə xəyanət edir”…

“Sərkisyan öz millətinə xəyanət edir”.

Artıq Ermənistan beynəlxalq aləmdə təklənir. Ona dövlət də demək artıq mümkün deyil. Ermənistan beynəlxalq aləm üçün tam lazımsız bir quruma çevrilir.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu “Leyla Əliyeva: “Xocalıya Ədalət!” (Beynəlxalq erməni terroruna qarşı yeni strateji model)” adlı üç cildlik əsərin təqdimat mərasimində çıxış edən Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov söyləyib.

Ə.Həsənov bildirib ki, Ermənistanda qalanlar Robert Köçəryan və Serj Sərkisyan rejiminin qohumları, yaxınlarıdır:

“Ermənistanda heç 1,5 milyon insan da qalmayıb. Erməni xalqı bunu görmürmü? Ermənistandakı rejimlə xaricdəki erməni diasporu öz millətlərinə qarşı xəyanətkarlıq edir, millətlərini dilənçi halına salırlar.

Erməni xalqı bunu görürsə, niyə o rejimə qarşı çıxmır, o rejimi dəyişmir? Köçəryan-Sərkisyan rejimi bilir ki, Azərbaycan xalqının qanı üzərində hakimiyyətə gəlib, hakimiyyətdən getmək onların sonudur. Dünya birliyinin bizi Ermənistanda Azərbaycan xalqının qanı üzərində hakimiyyətə gələn rejimlə danışıqlara çağırmasını anlamaq mümkün deyil”.

www.oxu.az