Cəbhədə son vəziyyət – RƏSMİ

Əvvəlki günlərlə müqayisədə vəziyyət xeyli sabitləşib…

Əvvəlki günlərlə müqayisədə vəziyyət xeyli sabitləşib.

Erməni silahlı bölmələri bu gecə Goranboy rayonunun Tapqaraqoyunlu və Ağdam rayonunun Baş Qərvənd kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.

Nazirlikdən bildiriblər ki, düşmən cavab atəşi ilə susdurulub.

www.oxu.az