İnciqulyanın qardaşı məlumat verib…
İnciqulyanın qardaşı məlumat verib.
Azərbaycanda saxlanılan erməni hərbi əsir Akop İnciqulyan üçüncü ölkəyə təhvil verilib.
Oxu.Az Virtualaz.org-a istinadən xəbər verir ki, erməni KİV-lərin məlumatına görə, Ermənistan ordusunun əsgəri Akop İnciqulyan Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə üçüncü ölkəyə təhvil verilib.
Bu haqda A.İnciqulyanın qardaşı bildirib. Onun dediyinə görə, əsirin üçüncü ölkəyə təhvil verildiyi haqda ailəni avqustun 28-də Beynəlxalq Qırmızı Xaç Komitəsinin İrəvan ofisi məlumatlandırıb.
A.İnciqulyan 2013-cü il, avqustun 8-də təmas xəttini keçərək Azərbaycan tərəfinə təslim olub. O, əsgər yoldaşları və zabitlər tərəfindən döyüldüyü üçün könüllü əsir düşdüyünü bildirib. A.İnciqulyan Ermənistana geri qayıtmaq istəmir və üçüncü ölkəyə təhvil verilməsini tələb edirdi.
Bu günlərdə Ermənistan tərəfi bildirmişdi ki, A.İnciqulyanın üçüncü ölkəyə təhvil verilməsinə qarşı deyil, lakin hələlik əsiri qəbul etmək istəyən ölkə yoxdur.