Ərdoğan Bakıdadır

Hava limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb…

Hava limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 2-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. 

Oxu.Az AzərTac-a istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı hava limanında Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.

www.oxu.az