AŞPA-da Qarabağla bağlı məruzə

Məruzə “Dağlıq Qarabağda və Azərbaycanın digər işğal edilmiş ərazilərində gərginliyin artması” adı ilə yazılacaq…

Məruzə “Dağlıq Qarabağda və Azərbaycanın digər işğal edilmiş ərazilərində gərginliyin artması” adı ilə yazılacaq.

AŞPA-da “Dağlıq Qarabağda və Azərbaycanın digər işğal edilmiş ərazilərində gərginliyin artması” adlı məruzə hazırlanacaq. 

Oxu.Az xəbər verir ki, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü Elxan Süleymanovdan AzərTac-a verilən məlumata görə, bu gün, AŞPA-nın Parisdə keçirilən Büro iclasında Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi ilə bağlı qətnamə layihələri üzrə məruzəçi təyin olunması məsələsinə baxılıb. 

Büro böyük səs çoxluğu ilə Elxan Süleymanovun müəllifi olduğu qətnamə layihələrini məruzəçi təyin olunması üçün Siyasi Komitəyə göndərib. 

Məruzə “Dağlıq Qarabağda və Azərbaycanın digər işğal edilmiş ərazilərində gərginliyin artması” adı ilə yazılacaq.

www.oxu.az